Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2020 18:34
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi məqsədilə 16 iyun 2020-ci il tarixində elan edilmiş müsabiqə başa çatıb.
Fonddan Sonxeber.net-a verilən məlumata görə, müsabiqə Qaydalarına uyğun olaraq "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nda təsbit olunmuş sahələr üzrə layihə-təkliflər təqdim etmiş qəzet redaksiyalarının müraciətlərinə baxılmış və aşağıda qeyd edilən qəzetlər göstərilən sahələr üzrə qalib elan olunub:
№ |
Qəzetin adı |
Qalib elan olunduğu sahə |
1. |
"Yeni Azərbaycan" qəzeti |
1) Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi 2) Azərbaycançılıq ideyasının təbliği 3) Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi |
2. |
"Səs" qəzeti |
1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi 2) Azərbaycançılıq ideyasının təbliği 3) Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması |
3. |
"Şərq" qəzeti |
1) Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi 2) İctimai və dövlət maraqlarının müdafiəsi 3) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi |
4. |
"525-ci qəzet" |
1) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği 2) Gənc nəslin milli mənlik süurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi 3) Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması |
5. |
"Yeni Müsavat" qəzeti |
1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi 2) Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşkili 3) Uşaq və gənclərin fiziki və mənəvi inkişafı |
6. |
"Bakı-Xəbər" qəzeti |
1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi 2) Azərbaycançılıq ideyasının təbliği 3) Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi |
7. |
"Azernews" qəzeti |
1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi 2) Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi |
8. |
"Novoye Vremya" qəzeti |
1) Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşkili 2) Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması |
9. |
"Xalq Cəbhəsi" qəzeti |
1) Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu 2) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi |
10. |
"Hürriyyət" qəzeti |
1) İctimai və dövlət maraqlarının müdafiəsi 2) Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi |
11. |
"Ədalət" qəzeti |
1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi 2) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği |
12. |
"Azad Azərbaycan" qəzeti |
1) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği |
13. |
"Türküstan" qəzeti |
1) Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği |
14. |
"Olaylar" qəzeti |
1) Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi |
15. |
"Paralel" qəzeti |
1) Ekologiya və ətraf mühitin müdafiəsi |
16. |
"Unikal" qəzeti |
1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi |
17. |
"Həftə içi" qəzeti |
1) Ekologiya və ətraf mühitin müdafiəsi |
18. |
"Nedelya" qəzeti |
1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi |