Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2020 08:18
Münhenin "Bavariya" futbol klubu Almaniya kubokunun finalında Leverkuzenin "Bayer" komandasını məğlub edib. Görüş 4:2 hesabı ilə başa çatıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, qarşılaşma Berlində Olimpiya Stadionunda koronavirus pandemiyası səbəbindən tamaşaçısız keçirilib.
Qalib komandadan David Alaba (16-cı dəqiqə), Serc Qnabri (24) və Robert Levandovski (59, 89) qolları vurublar. Leverkuzen klubundan Sven Bender (63) və Kay Haverts (90, penalti nöqtəsindən) vurublar.
"Bavariya" 20-ci dəfə ölkə kubokunun sahibi oldu, 4 dəfə klub finalda məğlub olub.