Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ən azı 43 yaşına kimi oynayacağam” – Buffon

“Ən azı 43 yaşına kimi oynayacağam” – Buffon

Tarix: 5 Iyul 2020 14:06

“Yuventus”un qapıçısı Canuici Buffon karyerasını nə vaxt bitirəcəyini açıqlayıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 42 yaşlı qapıçı bildirib ki, istənilən an futboldan getməyə hazırdır:

“Ən azı 43 yaşıma kimi oynayacağam. Mən vəziyyəti izləməliyəm. Əgər yüksək səviyyədə oynaya bilməyəcəyimi görsəm, karyeramı dərhal bitirəcəyəm. Yaxşı motivasiya və formam olanda sonra isə oynamağa davam edəcəyəm”.

Qeyd edək ki, dünən “Torino” ilə matçda meydana çıxan Buffon A seriyasında oyun sayını 648-ə çatdırıb. Bununla da o, Paulo Maldinini geridə qoyaraq İtaliya çempionatından ən çox oyun keçirən oyunçu olub.

 


Etiketlər:  Ən azı 43 yaşına kimi oynayacağam Buffon


RƏYLƏR