Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İcazə.e-gov.az” portalında icazəsi ləğv olunan şəxslər nə etməlidir? - İZAH

“İcazə.e-gov.az” portalında icazəsi ləğv olunan şəxslər nə etməlidir? - İZAH

Tarix: 5 Iyul 2020 19:32

Bakı. Asif Mehman - Trend:

“icazə.e-gov.az” portalı vasitəsi ilə 453 min 781 işçi sayına icazə alınıb. Bəzi şəxslər isə iyul 5-nə qədər icazələri olsa da, bu dəfə icazə ala bilməyiblər, onların müraciəti qəbul edilməyib.

Trend-in məlumatına görə, növbəti həftə ərzində işə çıxacaq əməkdaşlar barədə məlumatlar işəgötürənlər tərəfindən əvvəlcədən portala daxil olunub.

İcazə sistemindən sui-istifadə hallarının qarşısının alınması məqsədilə bir sıra vətəndaşların icazəsi ləğv olunub. Bunlar icazə verilən sahələrə aid olmayan fiziki şəxslər, habelə işçi heyətinin məhdud şəkildə iş çıxarılmasına olan tələbləri pozan şəxslərdir.

İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, icazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallar üzrə hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

İqtisadiyyat Nazirliyinə müraciət üçün elektron müraciət formasından və ya "195-2" çağrı mərkəzindən istifadə edə bilərsiz.


Etiketlər:  İcazəe govaz portalında icazəsi ləğv olunan şəxslər etməlidir İZAH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ