Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sosial şəbəkə istifadəçilərinə və jurnalistlərə “işverən” deyən gənc saxlanıldı - FOTO

Sosial şəbəkə istifadəçilərinə və jurnalistlərə “işverən” deyən gənc saxlanıldı - FOTO

Tarix: 5 Iyul 2020 23:46

Bu gün "Fairmont Baku" otelində karantin rejimini pozanlar arasında olan şəxslərdən biri sosial şəbəkədə paylaşım edərək jurnalistləri onun istirahətini pozmaqda ittiham etmişdi.

O, video çəkərək media nümayənələrini və sosial şəbəkə istifadəçilərini "işverən" adlandırmışdı.

Daha sonra Daxili İşlər Nazirliyinin həmin oteldə saxladıqları şəxslər arasında həmin şəxsin olmaması sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmamışdı.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, həmin şəxsin kimliyi müəyyən edilib və polis idarəsinə aparılıb.

O, Cəlilabad rayonundan olan 1992-ci il təvəllüdlü İsmayıl Babayevdir.

Onun barəsində qanunvericiliyə uyğun şəkildə tədbir görüləcək. 


Etiketlər:  Sosial şəbəkə istifadəçilərinə jurnalistlərə işverən deyən gənc saxlanıldı FOTO


RƏYLƏR