Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib

İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib

Tarix: 6 Iyul 2020 04:16

Bakı. Trend:

İsrail ordusunun qırıcı təyyarəli və helikopterləri Qəzza zolağının şimal hissəsində HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə atılan raketlərə cavab olaraq həyata keçirilib: "Bu gün Qəzza zolağından İsrail ərazisinə 3 raket atılıb. Buna cavab olaraq bir qədər əvvəl israil Müdafiə Ordusunun qırıcı təyyarələri və helikopterləri Qəzza zolağının şimal hissəsində HƏMAS-ın terror obyektlərinə zərbələr endiriblər".


Etiketlər:  İsrail Qəzza zolağında HƏMAS ın mövqelərinə zərbələr endirib


RƏYLƏR