Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2019 21:20
Azərbaycan klublarının Avropa Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə enib.
Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, səpələnmişlər sırasında yer alan "Neftçi" "Hibernians" (Malta), "Rujomberok" (Slovakiya), "Pandev Akademiyası" (Makedoniya), "Speranta" (Nisporeni, Moldova) və ya "Zeta" (Monteneqro) ilə qarşılaşacaq.
"Səbail"ə isə "Universitatya Krayova 1948" (Rumıniya), "Baltsan" (Malta), "Laçi" (Albaniya), "Şkupi" (Makedoniya), "Petrokub-Hincesti" (Moldova) və ya "Narva Trans"a (Estoniya) rəqib olacaq.
Azərbaycanın daha bir təmsilçisi "Qəbələ" isə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.
Qeyd edək ki, püşkatma mərasimi sabah Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.