Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2020 12:40
12:35
Ramana qəsəbəsində baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində ümumi sahəsi 40 m² olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 120 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyüyün yanar konstruksiyaları və ümumi sahəsi 110 m² olan birmərtəbəli üçotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
----------
09:57
Bakıda daha bir güclü yanğın başlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Ramana qəsəbəsində fərdi evlərdən birində baş verib.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.