Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fərid Qayıbov: Bakıda dünya çempionatlarının yeni vaxtları müəyyənəşdirilib

Fərid Qayıbov: Bakıda dünya çempionatlarının yeni vaxtları müəyyənəşdirilib

Tarix: 6 Iyul 2020 14:32

Bakı. Trend:

Beynəlxalq Gimnastika Federasiyası (FIG) İcraiyyə Komitəsinin FIG Konqresinin keçirilməsinin tarixi barədə yekun qərarı yekun iclas zamanı qəbul olunacaq.

Trend-in məlumatına görə, bunu Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov deyib.

O bildirib ki, iyunun 15-də İcraiyyə Komitəsi COVID-19 pandemiyasının gimnastika tədbirlərinə təsirini nəzərdən keçirmək və yarış cədvəlinə dəyişikliklər etmək məqsədi ilə videokonfrans keçirib:

"Biz Bakıda aerobika gimnastikası üzrə dünya çempionatlarının yeni tarixini və 2020-cil Yay Olimpiya oyunlarının təxirə salınması ilə əlaqədar hakimlər üçün qaydalara dəyişiklikləri təsdiq etdik".

Onun sözlərinə görə, iclasın əsas mövzusu FIG Konqresinin keçirilməsi olub:

"Seçkilərə gəldikdə isə, İcraiyyə Komitəsi üzvləri bu cür həssas məsələdə qərar qəbul olunmasında ehtiyatlı davranıblar. Komitə uyğun tarixlərin seçilməsini federasiyaların öhdəsinə buraxmaq qərarı verib. Bu məlumat əsasında yekun qərarın növbəti iclasda qəbul olunacağı gözlənilir".

F.Qayıbov qeyd edib ki, bir çox beynəlxalq və Avropa yarışları artıq 2021-ci ilə keçirilib:

"Bununla bağlı yarana biləcək problem tarixlərin toqquşmasıdır. Bu halda federasiyalar yarışların keçirilməsi üçün tarixin seçilməsində problemlə üzləşə bilər. Çünki 2021-ci il yarışlarla zəngin təqvim olacaq. Televiziya yayımı məsələsi də diqqətə alınmalıdır. Bütün idman növlərində yarışlar təxirə salınır və müvafiq təşkilatlar uyğun tarixlər seçməyə çalışır. Televiziya yayımçılarının işıqlandırmaq üçün çoxlu yarışları olacaq".

O bildirib ki, FIG İcraiyyə Komitəsi bütün maraqlı tərəflər üçün maksimum səmərəli həll yolu tapılması üçün əlindən gələni edir.


Etiketlər:  Fərid Qayıbov Bakıda dünya çempionatlarının yeni vaxtları müəyyənəşdirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ