Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ilin 6 ayında ölkədə əməkhaqqı fondu 8 faiz artıb - Nazir

Bu ilin 6 ayında ölkədə əməkhaqqı fondu 8 faiz artıb - Nazir

Tarix: 6 Iyul 2020 15:16

Pandemiya dövründə həm dövlət sektoru üzrə 910 min iş yerinin qorunması təmin edildi. Həmçinin özəl sektorda iş yerlərinin qorunması işləri aparıldı. Hətta özəl sektorda cari ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 110 min və ya 17 faiz artdı.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müsahibəsində bildirib.

Nazir qeyd edib ki, hazırda özəl sektorda 750 min əmək müqaviləsi ilə çalışan var. Dövlət və özəl sektor üzrə əmək müqavilələrinin sayında isə 7 faizlik artım baş verib.

S.Babayev diqqətə çatdırıb ki, əmək mü avilələrinin artımı kölgə iqtisadiyyatının azaldılması, qeyri-formal məşğulluğun leqallaşdırılması hesabına yaranır.

Əmək müqavilələrinin artımı əməkhaqqı fondunun artmasına da səbəb olub. Bu ilin 6 ayında ölkədə əməkhaqqı fondu 8 faiz artıb. Bu, formal məşğulluğun əhatəsinin genişləndirilməsi baxımından da çox önəmlidir.


Etiketlər:  ilin ayında ölkədə əməkhaqqı fondu faiz artıb Nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ