Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2020 18:54
İngiltərənin "Notingem Forest" klubunun sabiq futbolçusu Derrik Otim bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ABŞ-ın Cənubi Karolina ştatında yerləşən Keovi gölündə üzərkən batıb.
Son olaraq "Detroyt Siti"də çıxış etmiş ingiltərəli forvardın dostları ilə görüşmək üçün həmin bölgəyə getdiyi bildirilir.
Qeyd edək ki, son 25 ildə Keovi gölündə 32 insan boğulub. Bu səbəbdən 2018-ci ildə ona ən ölümcül göl adı verilib.