Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2020 14:30
Bu mövsüm Avropa kuboklarında yarışacaq Azərbaycanın 4 futbol komandasının hazırlıq keçməsinə bu gün rəsmi icazə verilib.
Qol.az-ın xəbərinə görə, “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt” karantin qaydalarının tələblərinə əməl etməklə məşqlərini bərpa edə biləcəklər.
“Qarabağ” klubunun direktoru Emrah Çelikel Qol.az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyib. O bildirib ki, komanda hazırlığı sərt karantin rejiminin keçirilmədiyi Qəbələdə keçirməyi nəzərdə tutur.
Məşqlərin nə vaxt başlanacağına isə klubun bu gün keçirəcəyi videokonfransdan sonra aydınlıq gələcək.
Qeyd edək ki, məşqlərə icazə verilməsinə dair ilk xəbəri “Futbolpress” saytı yayıb.