Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Voleybol üzrə avrokubokların başlama vaxtı dəqiqləşib

Voleybol üzrə avrokubokların başlama vaxtı dəqiqləşib

Tarix: 7 Iyul 2020 22:48

Voleybol üzrə avrokubokların yeni mövsümünün başlama vaxtı dəqiqləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) İnzibati Şurası qitə miqyaslı turnirlərin start vaxtını təsdiqləyib.

Kişilər və qadınlar arasında hər üç turnir sentyabrın ikinci yarısında başlayacaq. Çempionlar Liqası, CEV kuboku və Çelenc kuboku uğrunda turnirlərin hamısı birinci mərhələdən start götürəcək.

Qeyd edək ki, 2020/21 mövsümündə Azərbaycanı yalnız "Azərreyl" klubu təmsil edəcək. Qadınlardan ibarət komanda Çelenc kubokunda oynayacaq.

Milli.Az


Etiketlər:  Voleybol üzrə avrokubokların başlama vaxtı dəqiqləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ