Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2019 11:44
İsrailin "Cellebrite" şirkəti "iOS 7"-dən "iOS 12.3"-dək əməliyyat sistemlərinin idarəetməsi altında işləyən "iPhone" və "iPad" cihazlarına müdaxilə üçün proqram hazırlayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, "UFED Premium" adlandırılmış proqram xüsusi olaraq hüquq-mühafizə orqanları üçün işlənib hazırlanıb.
Sözügedən proqram "Apple"ın cihazlarından başqa "Android" əməliyyat sistemi ilə işləyən smartfonlardakı fayllara da müdaxilə edir.
Emil Hüseynov