Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komitə sədri: Bu gün Azərbaycanda qadınların cəmiyyətdə aktiv iştirakı üçün hər cür şərait yaradılıb

Komitə sədri: Bu gün Azərbaycanda qadınların cəmiyyətdə aktiv iştirakı üçün hər cür şərait yaradılıb

Tarix: 18 Iyun 2019 11:48

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Azərbaycanda qadınların cəmiyyətdə aktiv iştirakı üçün hər cür şərait yaradılıb.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqla qadınların təhsilə cəlbi, onların siyasi qərarların qəbulunda iştirakına müsbət təsir göstərə bilər: "Lakin bununla bağlı bəzi ölkələrdə hələ də problemlər var. Azərbaycanda isə qadın hüquqlarının qorunması üçün güclü qanunvericilik bazası aradılıb. Son illərdə idarəetmə, seçkili orqanlarda təmsil olunan qadınların sayı artıb".

H.Hüseynova əlavə edib ki, Azərbaycanda əhalinin yarıdan çoxu qadınlardır və onlar ölkənin inkişafında iştirak etməlidirlər: "Qadınlarda özünəinam hissinin formalaşması vacibdir. Biz sevinirik ki, ölkəmizdə sahibkar qadınların sayı artır. Kəndlərdə də qadınların biznes layihələrinə cəlbi istiqamətində aparılan işlərin yaxşı nəticələri var. Bu gün sahibkarlığın inkişafı üçün rayonlarda 8 Resurs Mərkəzi yaradılıb. Bu işlərin nəticəsidir ki, rayonlarda artıq məşğul əhalinin 49,9 faizini qadınlar təşkil edir".

Azərbaycanda qadın hüquqları üzrə QHT-lərin sayının artaraq 200-dən çox olduğunu deyən H.Hüseynova əlavə edib ki, hələ də həll olunmamış problemlər var və onların həlli üçün işlər görülməlidir. Uşaqların hüquqlarının qorunmasına gəldikdə isə, komitə sədri deyib ki, Azərbaycanda heç bir uşaq diqqətsiz qalmır:

"Azərbaycanda Uşaq Strategiyası layihəsinin hazırlanması üzrə aparılan işlər artıq son mərhələdədir. Sənəd layihəsinin yaxın vaxtlarda qəbulu gözlənilir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Komitə sədri gün Azərbaycanda qadınların cəmiyyətdə aktiv iştirakı üçün hər cür şərait yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ