Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İçərişəhər”də yeni muzey yaradılacaq - RƏSMİ

“İçərişəhər”də yeni muzey yaradılacaq - RƏSMİ

Tarix: 8 Iyul 2020 14:40

Bakı. Trend:

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Bakı Xan Sarayında muzeyin yaradılması ilə bağlı qərar verilib və biz gələn il ərzində bu muzeyin açlışını etməyi planlaşdırırıq.

Trend-in məlumatına görə, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı videolayihəsinə açıqlamasında deyib.

Ə.Ələkbərov bildirib ki, Azərbaycan mədəni irsinin qorunmasına Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən yüksək diqqət göstərilir. Bu diqqət və qayğının nəticəsidir ki, İçərişəhərdə də iri miqyaslı xüsusi təmir-bərpa işləri görülür: "Son illər ərzində tək İçərişəhərdə "Qız Qalası", "Şirvanşahlar Sarayı", "Bəylər" məscidi, "Məhəmməd" məscidində təmir bərpa işləri aparılıb. Mehriban xanımın və cənab Prezidentin tapşırığı ilə 2 il əvvəl biz Bakı Xan Sarayının əsaslı təmir-bərpa işlərinə və 2016-cı ildə "Qoşa Qala" qapıları yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən XVII əsrə aid yeraltı hamamın da restarvasiya işlərinə start vermişdik. Biz artıq bu obyektlərin təmirdən sonra açılışını etdik".

Ə.Ələkbərov qeyd edib ki, çətin pandemiya zamanı olmasına baxmayaraq, iyunun 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış oldular: "UNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilən, xalqımızın qədim və zəngin tarixini sübut edən İçərişəhərdə birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa-konservasiya işləri "Qoşa Qala" qapılarını da əhatə edir. Cənab Prezident qala divarlarının qalan hissəsi ilə bağlı tapşırıq verdi və biz qala divarlarının digər hissələrində də təmir-bərpa işləri aparacağıq. Ümumilikdə qala divarlarının uzunluğu 900 metrə yaxındır, ümumi sahəsi 19 min kvadratmetrdir".

Ə.Ələkbərov bildirib ki, pandemiyaya qədər hər il İçərişəhəri ziyarət edən turislərin sayında 20-30 faiz artım müşahidə edilib: "Ümid edirik ki, pandemiya tez bir zamanda bitəcək və biz tez bir zamanda xarici qonaqları İçərişəhərdə də qarşılayacağıq".


Etiketlər:  İçərişəhərdə yeni muzey yaradılacaq RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ