Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada tullantıdan alınan enerji ilə işləyən avtobuslar işə düşüb

Almaniyada tullantıdan alınan enerji ilə işləyən avtobuslar işə düşüb

Tarix: 8 Iyul 2020 21:04

Bakı. Trend:

Almaniyanın Vuppertal şəhərində zibilyandırma elektrik stansiyasından alınan hidrogen yanacağı ilə işləyən avtobuslar hərəkətə başlayıb.

Trend-in məlumatına görə, ekoloji təmiz avtobuslar havaya yalnız su buxarı buraxır.

Hazırda şəhər ərazisində müxtəlif marşrutlar üzrə 10 belə avtobus hərəkət edir. Gələcəkdə bu avtobusların sayının iki dəfə artırılması gözlənilir.

Hidrogen yanacağı ilə işləyən avtobuslar 75 sərnişin daşımaq gücündədir.

Qeyd edək ki, Almaniyada 2018-ci ildən hidrogen yanacağı işləyən qatarlar fəaliyyət göstərir.


Etiketlər:  Almaniyada tullantıdan alınan enerji ilə işləyən avtobuslar işə düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ