Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2020 22:12
Ukraynada 5G-nin qadağan olunması haqqında petisiya nəzərdən keçiriləcək. Petisiyanın müəllifləri və onu imzalayan vətəndaşlar hesab edirlər ki, yeni mobil rabitə texnologiyası sağlamlığa mənfi təsir göstərəcək.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Ukrayna ərazisində 5G-nin qadağan edilməsi haqqında petisiya artıq 25 min səs toplayıb.
Ərizənin müəllifi Yulianna Qordey 5G-nin insan sağlamlığana mənfi təsir göstərdiyinə inanır.
"Xahiş edirik bu rabitə növünün təhlükəsizliyi üzrə klinik cəhətdən təsdiqlənmiş sübut bazası olmadan onu ölkəmizdə tətbiq etməyəsiniz!" - deyə Y.Qordeyin hazırladığı petisiyada deyilir.
Qaydalara əsasən, təxminən iki həftə ərzində petisiya Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən nəzərdən keçirilməlidir.
Qeyd edək ki, 5G texnologiyası bir çox konspiroloq tərəfindən 2020-ci ilin əvvəlindən başlayaraq koronavirusun yayılmasına kömək edən vasitə kimi qələmə verilir və insanları radiasiya ilə şüalandırdığı deyilir. Hazırda bu məsələ azərbaycanlılar tərəfindən də geniş müzakirə olunur.