Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hikmət Hacıyev: Gələn həftə ərzində xarici ölkələrdən Azərbaycan vətəndaşlarının gətirilməsi davam etdiriləcək

Hikmət Hacıyev: Gələn həftə ərzində xarici ölkələrdən Azərbaycan vətəndaşlarının gətirilməsi davam etdiriləcək

Tarix: 10 Iyul 2020 18:32

Qarşıdan gələn həftə ərzində xarici ölkələrdən Azərbaycan vətəndaşlarının gətirilməsi davam etdiriləcək.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərərgahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, gələn həftə ərzində Rusiya-Azərbaycan sərhədi boyunca 250 nəfərə qədər vətəndaşlarımızın, o cümlədən İrandan, Türkiyədən və digər ölkələrdə olan vətəndaşlarımızın Azərbaycana gətirilməsi nəzərdə tutulur.

PA rəsmisi vurğulayıb ki, həftə ərzində Gürcüstanda olan təxminən 200 vətəndaşımızın da quru sərhədi vasitəsilə Azərbaycana keçidi təmin olunacaq.

H.Hacıyev əlavə edib ki, həftə ərzində Budapeşt-Bakı istiqamətində də vətəndaşlarımız gətiriləcək. Onun sözlərinə görə, xüsusən Macarıstanda tələbələr var, Daşkənd-Bakı, Moskva-Bakı, Yekaterinburq-Bakı və Doha-Bakı istiqamətində Azərbaycan vətəndaşlarının gətirilməsi nəzərdə tutulub.


Etiketlər:  Hikmət Hacıyev Gələn həftə ərzində xarici ölkələrdən Azərbaycan vətəndaşlarının gətirilməsi davam etdiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ