Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2020 22:10
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları İsmayıllıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlayıb.
Agentlikdən Sonxeber.net-a verilən məlumata görə, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə İsmayıllı şəhərində qanunsuz heyvan kəsiminə qarşı reyd keçirilib.
Reyd zamanı qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb. Həmin obyektlərin sahiblərinə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun olaraq qurmaları, heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri barədə göstərişlər verilib. Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində istifadə olunan dəmir konstruksiyalı qurğular yerli icra orqanının əməkdaşları tərəfindən ləğv edilib:
"AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır".