Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Direktorunu qumbara ilə öldürmək istəyən şirkət işçisinin məhkəməsi başlayıb

Direktorunu qumbara ilə öldürmək istəyən şirkət işçisinin məhkəməsi başlayıb

Tarix: 18 Iyun 2019 16:54

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şirin Astanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, baxış iclası iyunun 20-ə təyin edilib.

İttihama görə, bu il martın əvvəlində Sumqayıtda yerləşən "Azkompozit” MMC şirkətində Ş.Astanov şirkətin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələrək, əvvəlki işinə - idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə bərpa olunmasını tələb edib. Ş.Astanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb, onu direktorun otağına ataraq partlatmağa çalışıb. Amma qumbarada olan texniki nasazlıq səbəbi ilə partlayış baş verməyib.

Ş.Astanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Direktorunu qumbara ilə öldürmək istəyən şirkət işçisinin məhkəməsi başlayıb


RƏYLƏR