Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İkinci rübdə istifadəçilər mobil proqramlarda aylıq 200 milyard saatdan çox vaxt keçiriblər

İkinci rübdə istifadəçilər mobil proqramlarda aylıq 200 milyard saatdan çox vaxt keçiriblər

Tarix: 13 Iyul 2020 16:51

Koronavirus pandemiyası milyonlarla istifadəçinin həyatına ciddi təsir göstərib. Koronavirusa görə tətbiq edilmiş məhdudiyyətlər insanların mobil proqramlara marağını yüksəldib. “App Annie” analitik şirkətinin hesabatında belə deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən yazır ki, analitiklərin məlumatına görə, aprel-iyun aylarında istifadəçilər mobil proqramlarda orta hesabla 200 milyard saatdan çox vaxt keçiriblər. 2019-cu ilin ikinci rübü ilə müqayisədə bu göstərici 40% yüksəlib. İkinci rübdə Hindistan, Braziliya, ABŞ və İndoneziya sakinləri mobil proqramlarda daha çox vaxt keçiriblər.

 

Epidemiya, həmçinin proqram yükləmələrinin sayına təsir göstərib. Məsələn, ikinci rübdə “Google Play” mağazasından 25 milyard (ötən illə müqayisədə 10% çox), “App Store”dən isə təxminən 10 milyard dəfə (ötən illə müqayisədə 20% çox) proqram yüklənilib.

 

Emil Hüseynov




Etiketlər:  İkinci rübdə istifadəçilər mobil proqramlarda aylıq 200 milyard saatdan çox vaxt keçiriblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ