Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2019 07:24
Bakı. Trend:
ABŞ Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycan və Ermənistan arasında dialoqun inkişafını təşviq etməyə davam edəcək.
Trend-in məlumatına görə, bunu öz "Twitter" səhifəsində ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
C.Bolton Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin rəhbərləri arasında davam edən diaoloqun təşviq edilməsi üçün bu həftə onlar arasında keçiriləcək görüşü gözlədiyini bildirib.
Onun sözlərinə görə, ABŞ "regionda sülhü təşviq etməyə hazırdır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin