Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Komitə sədri: Babası faşist rejiminə xidmət etmiş Paşinyanın təxribatı faşizmin durdurulmasını zəruri edir

Komitə sədri: Babası faşist rejiminə xidmət etmiş Paşinyanın təxribatı faşizmin durdurulmasını zəruri edir

Tarix: 13 Iyul 2020 17:18

"Azərbaycanın beynəlxalq nüfuzunun armasından təşvişə düşən Ermənistanın siyasi-hərbi rəhbərliyi Azərbaycana qarşı 12 iyul 2020-ci ildə növbəti hərbi təxribat törətdi. Qəflətən Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətindəki sərhəd mövqeyimiz artilleriya atəşinə tutuldu və nəticədə üç hərbiçimiz həlak oldu".

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Ermənistanın bu məkirli təxribatı əvvəlcədən düşünülmüş bir plandır: "Çünki təxribatı törətdikdən dərhal sonra Ermənistan xarici işlər nazirinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinə müraciət etməsi göstərir ki, burada niyyət münaqişənin mahiyyətindən dünya ictimaiyyətini yayındırmaq, Azərbaycanı təcavüzkar kimi təqdim etməkdir.

Minsk Qrupunun həmsədr ölkələrinin yenə də Ermənistanın bu təxribatını açıq şəkildə pisləməməsi başa düşülən deyil. İşğalçıya belə bir münasibət onu yeni təxribatlara sövq edir və sülh danışıqlarını mənasız edir.

Sadə bir fakta diqqət yetirək. Ermənistanın Baş Naziri Nikol Paşinyanın oğlu Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazində hərbi xidmət keçir. Minsk Qrupunun həmsədrləri buna münasibət bildirmir. Belə olan halda babası faşist rejiminə xidmət etmiş Nikol Paşinyan təbii ki, növbəti təxribatlar törətməlidir. Çünki sahibləri ona dur demirlər. Əksinə, kənardan durub qısqırdırlar...".

Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu hadisələrə Təhlükəsizlik Şurasının iclasında dəqiq qiymət verdi: "Cənab Prezident bildirdi: "Bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir... hərbi təxribatlar törədərək Azərbaycan ərazilərinə basqın etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq...Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq".

Bu sərhəd Kəlbəcərdən, Laçından, Qubadlıdan, Zəngilan və Cəbrayıldan keçir. Qoy işğalçı Ermənistan və ona "məsləhət və güc verən"lər bilsinlər ki, azərbaycanlıların iradəsini qıra bilməzlər. Azərbaycan torpağında ikinci erməni dövləti yaradılması mümkün deyil. Rəşadətli Azərbaycan ordusu şəhidlərimizin qisasını alır və bundan sonra da alacaqdır.

Hər bir Azərbaycan vətəndaşı öz Prezidentinə, Ali Baş Komandan İlham Əliyevə və rəşadətli ordusuna güvənir. Düşmən susdurulacaq və işğal edilmiş bütün torpaqlarımız yağı düşməndən azad ediləcəkdir! Biz birlikdə güclüyük! Allah qəhrəman şəhidlərimizə rəhmət etsin".


Etiketlər:  Komitə sədri Babası faşist rejiminə xidmət etmiş Paşinyanın təxribatı faşizmin durdurulmasını zəruri edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ