Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2020 07:36
Bakı. Trend:
Koronavirusa yoluxan Braziliya prezidenti Jair Bolsonaru artıq evdə qala bilməyəcəyini və tezliklə normal işə qayıtmaq ümidi ilə yeni testin nəticələrini gözlədiyini bildirib.
Trend-in məlumatına görə, prezident çox güman ki, gələn həftə işə qayıdacağını qeyd edib.
Jair Bolsonaru virusdan qurtarana qədər evdə olacağını vurğulayıb.
Xatırladaq ki, iyulun 7-də Braziliya prezidentinin koronavirus testinin müsbət nəticə verdiyi bildirilib.