Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Android” smartfonları üçün ən sürətli prosessor təqdim edilib

“Android” smartfonları üçün ən sürətli prosessor təqdim edilib

Tarix: 14 Iyul 2020 08:16

"Qualcomm" şirkəti qabaqcıl "Snapdragon 865 " prosessorunu təqdim edib. Məhsuldarlığın artırılması (xüsusilə qrafika hissəsində), həmçinin "Wi-Fi" modulu üzrə məlumatların ötürülməsi sürətinə xüsusi önəm verilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Qualcomm Snapdragon 865 " prosessoru 3,1 QHs-dək takt tezliyində işləyən 8 "Kryo 585 Prime" hesablama nüvəsi ilə təchiz edilib. Bu, "Snapdragon 865" ilə müqayisədə 10%-lik məhsuldarlıq artımını təmin edib. Bundan başqa, çipdə sürətləndirilmiş "Adreno 650" video sürətləndiricisindən istifadə olunub ki, bu da qrafikanın işləmə sürətini 10% artırmağa imkan verib.

Çipsetin digər bir özəlliyi məlumatları 3,6 Qbit/san sürətlə ötürməyə imkan verən yeni "Wi-Fi 6E" standartını dəstəkləməsi olub. Həmçinin "Bluetooth" texnologiyasının ən aktual versiyası (5.2) dəstəklənir.

Milli.Az


Etiketlər:  Android smartfonları üçün ən sürətli prosessor təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ