Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prokurorluq Naftalanda 3 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı açıqlama yayıb

Prokurorluq Naftalanda 3 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı açıqlama yayıb

Tarix: 14 Iyul 2020 12:27

Bakı. Samir Əli - Trend:

İyulun 13-də saat 22 radələrində Naftalan şəhərinin Qaşaltı kəndi ərazisində 1993-cü il təvəllüdlü Orxan Həsənəliyevin idarə etdiyi “Vaz 2107” markalı avtomobillə 1996-cı il təvəllüdlü Camal Dadaşovun idarə etdiyi “Vaz 2107” avtomobilin toqquşması nəticəsində 3 nəfərin ölümü, 4 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Goranboy rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Etiketlər:  Prokurorluq Naftalanda 3 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı açıqlama yayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ