Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: Prezident İlham Əliyev tərəfindən imzalanan növbəti sosial paket inqilabi addımdır

Deputat: Prezident İlham Əliyev tərəfindən imzalanan növbəti sosial paket inqilabi addımdır

Tarix: 19 Iyun 2019 10:27

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyev tərəfindən ötən gün imzalanan növbəti sosial paket Azərbaycanda həyata keçirilən sosial islahatların növbəti inqilabi mərhələsidir.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, bu addım Prezident İlham Əliyevin Azərbaycan xalqına olan diqqət və qayğısının bariz nümunəsidir: “2019-cu ildə cənab Prezident tərəfindən xalqın rifahının yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılıb. Cari ildə minimum əməkhaqqı, pensiyalar, tələbələrə verilən təqaüdlərin artırılması, problemli kreditlərin həlli və digər sosial məsələlərlə bağlı cənab Prezident tərəfindən mühüm fərman və sərəncamlar imzalanıb. Lakin dövlət başçısı bu islahatların davamlı olacağını bəyan edirdi və ötən gün bu islahatların davamı olaraq daha bir inqilabi addım atıldı”.

Deputat vurğulayıb ki, minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata qaldırılması, o cümlədən dövlət qulluqçularının, müəllimlərin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək:

“Digər mühüm məsələ odur ki, bu sərəncam dövlət sektoru ilə yanaşı, özəl sektorda da xeyli sayda insanın əməkhaqlarının artmasına səbəb olacaq. Prezident İlham Əliyev tərəfindən imzalanan bu inqilabi sərəncamlar bir daha sübut edir ki, ölkədə aparılan siyasət sosialyönümlüdür, vətəndaşların rifahının yüksəldilməsinə, sosial müdafiəsinin gücləndirilməsinə yönəlib".

A.Hüseynov əlavə edib ki, Azərbaycan dövləti inkişaf etdikcə, resursları, vəsaitləri artdıqca, vətəndaşlarımızın sosial rifahı daha da yaxşılaşacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Deputat Prezident İlham Əliyev tərəfindən imzalanan növbəti sosial paket inqilabi addımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ