Tarix: 14 Iyul 2020 20:32
“Tottenhem”in baş məşqçisi Joze Mourinyo “Mançester Siti”nin 2 mövsümlük Çempionlar Liqasından kənarlaşdırılma cəzasının ləğvinə münasibət bildirib.
Qol.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İngiltərə mətbuatına açıqlamasında bu qərarı anlamadığını deyib:
“Əgər "Mançester Siti” günahsızdırsa, niyə 10 milyon avro cərimələndi? Əgər qaydanı pozublarsa, avrokuboklardan kənarlaşdırılmalıdırlar. Qayda pozuntusu edib-etmədiklərini bilmirəm, amma son qərar utancvericidir”.
Qeyd edək ki, İdman Arbirtaj Məhkəməsi dünən "Mançester Siti"nin cəzasını ləğv edib.