Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda torpağın qiyməti bahalaşdı

Bakıda torpağın qiyməti bahalaşdı

Tarix: 15 Iyul 2020 03:24

Bakıda torpaq bazarında qiymətlərdə artım müşahidə edilir.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, iyun ayı ərzində torpaq bazarında bir sotun orta qiyməti 24 283 manatdan 24 883 manata qədər artıb. Yəni ay ərzində qiymətdə artım 2.47 faiz, il ərzində isə 15.72 faiz təşkil edib.

Ekspertin sözlərinə görə, qiymət artımı mövsümi xarakter daşıyır.

O qeyd edib ki, adətən yay mövsümündə torpağa tələbat artdığına görə buna müvafiq olaraq torpaq bazarında qiymət artımı müşahidə edilir.


Etiketlər:  Bakıda torpağın qiyməti bahalaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ