Tarix: 15 Iyul 2020 09:44
Vaxtilə ölkəmizdə çıxış etmiş legioner futbolçular Azərbaycana dəstək olublar. Qol.az xəbər verir ki, "Qarabağ"ın sabiq futbolçuları - makedoniyalı Muarem Muarem, braziliyalı Vaqner da Silva, almaniyalı Ansi Aqolli, eləcə də "Neftçi"nin seneqallı müdafiəçisi Mamadu Mbodj Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlərə biganə qalmayıb. Onlar sosial şəbəkə səhifələrində Azərbaycanın bayrağı və xəritəsi olan şəkillər paylaşaraq ordumuza dəstək nümayiş etdiriblər.