Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2020 18:30
Vaxtilə ölkəmizdə çıxış etmiş legioner futbolçular Azərbaycana dəstək olublar.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "Qarabağ"ın sabiq futbolçuları - makedoniyalı Muarem Muarem, braziliyalı Vaqner da Silva, albaniyalı Ansi Aqolli, eləcə də "Neftçi"nin seneqallı müdafiəçisi Mamadu Mbodj Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlərə biganə qalmayıblar.
Onlar sosial şəbəkə səhifələrində Azərbaycanın bayrağı və xəritəsi olan şəkillər paylaşaraq ordumuza dəstək nümayiş etdiriblər.