Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çavuşoğlu Ceyhun Bayramova zəng etdi

Çavuşoğlu Ceyhun Bayramova zəng etdi

Tarix: 16 Iyul 2020 23:42

Türkiyə Xarici işlər naziri Mevlüt Çavuşoğlu Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Xarici İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, nazir Ceyhun Bayramov səmimi təbrikinə görə həmkarına təşəkkür edib. O, qardaş Türkiyənin hər zaman Azərbaycana nümayiş etdirdiyi dəstəyi, o cümlədən Ermənistanın son hərbi təxribatı ilə bağlı verdiyi ədalətli bəyanatları yüksək qiymətləndirib və bu xüsusda minnətdarlığını ifadə edib.

Nazirlər tərəfindən iki qardaş ölkə arasında strateji əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişafı istiqamətində səylərin əsirgənilməyəcəyi vurğulanıb.


Etiketlər:  Çavuşoğlu Ceyhun Bayramova zəng etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ