Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 14:14
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi çağırışdan sonra Azərbaycan Ordusuna könüllü yazılanların sayı artıb.
Qol.az xəbər verir ki, dövlət başçısının bu çağırışına Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərovun oğulları, “Qəbələ” klubunun sabiq prezidenti Tale Heydərov və qardaşı Nicat Heydərov da qoşulublar.
Onlar Azərbaycan ordusuna könüllü hərbi xidmətə yazılıblar.
Xatırladaq ki, 35 yaşlı T.Heydərov "Qəbələ"nin uzun illər prezidenti olub.