Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2019 16:03
Bakı. Trend:
Ukrayna Ali Radasının deputatı, “Xalq cəbhəsi” partiyasının üzvü Dmitri Tımçuk Kiyevdə həyatını itirib.
Trend-in məlumatına görə, hadisə deputat şəxsi silahını təmizləyərkən baş verib.
Eyni zamanda, D.Tımçukun başından güllə yarası aldığı deyilir.
Deputatın ölüm xəbəri alındıqdan sonra Ali Rada işinə fasilə verib.
Hazırda Ukrayna polisi hadisə ilə bağlı araşdırma aparır. Bunun qətl ola biləcəyi də istisna olunmur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin