Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Lids'' 16 ildən sonra yenidən İngiltərə Premyer-liqasında oynayacaq

''Lids'' 16 ildən sonra yenidən İngiltərə Premyer-liqasında oynayacaq

Tarix: 18 Iyul 2020 01:48

Bakı. Trend:

"Lids" futbol Klubu İngiltərə çempionatının baş divizionuna çıxışını vaxtından əvvəl təmin edə bilib.

Trend-in məlumatına görə, ölkə Premyer-liqasına "Lids" ikinci divizion oyunlarının 45-ci turundan sonra 87 xall toplayaraq yüksəlib.

Sonuncu dəfə klub bu divizionda 2003/04 mövsümündə oynayıb, 2007-ci ildən 2010-a qədər isə üçüncü divizionda çıxış edib.

"Lids" üç dəfə ölkə çempionatının (1969, 1974 və 1992) qalibi olub və 5 dəfə isə ikinci yeri tutub, bir dəfə İngiltərə Kubokunu qazanıb, daha üç dəfə finalda oynayıb. Bundan əlavə, klub İngiltərə Liqa Kubokunda bir, İngiltərə Super Kubokunda iki dəfə qələbə qazanıb.


Etiketlər:  Lids ildən sonra yenidən İngiltərə Premyer liqasında oynayacaq


RƏYLƏR