Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vəfa borcunu yerinə yetirən legionerlər – “Şəhidlər ölməz, vətən bölünməz”

Vəfa borcunu yerinə yetirən legionerlər – “Şəhidlər ölməz, vətən bölünməz”

Tarix: 18 Iyul 2020 11:06

Azərbaycan üçün həssas dönəmdə indi burada oynayan və bir vaxtlar oynamış bəzi əcnəbi futbolçular (çox olmasalar belə) İnstaqramda paylaşımlar edərək xalqımıza, ordumuza dəstəklərini nümayiş etdiriblər.
 
Azərbaycan – Ermənistan sərhədinin Tovuz istiqamətində son vaxtlar yaşanan gərginliyin ilk günlərindən "Qarabağ"ın sabiq oyunçuları -makedoniyalı Muarem Muarem, braziliyalı Vaqner da Silva, albaniyalı Ansi Aqolli, "Neftçi"nin seneqallı müdafiəçisi Mamadu Mbodj bayrağımızı paylaşıb yanımızda olduqlarını göstərdilər.

“Çelsi”, “Real” kimi komandaların üzvü olmuş Çempionlar Liqasının qalibi Maykl Essyeni isə xüsusi fərqləndirmək olar. Karyerasının sonunu “Səbail”də keçirən qanalı oyunçu üç gün əvvəl 1 milyon 400 min izləyicisi olduğu rəsmi İnstaqram səhifəsində Azərbaycanın bayrağını və ölkəmizin güclü olduğunu ifadə edən emojilər paylaşıb.

Dünən isə ölkəmizi tərk edən Essyen daha təsirli addım atıb. Onun vida mesajındakı sonuncu cümləsi Azərbaycan dilində “Şəhidlər ölməz, vətən bölünməz” sözləri olub.

Əlbəttə, bu gün onlar belə dəstəyi nümayiş etdirməyə də bilərdilər. Necə ki, hazırda bizim klublarda çıxış edən və etmiş legionerlər bu addım atmırlar, buna görə, təbii olaraq, mühakimə də edilmirlər. Çünki əcnəbidir və bura təbii ki, pul qazanmağa görə gəliblər. Amma artıq Azərbaycana artıq maddi heç bir bağlılıqları olmadığı halda bir sıra legionerlərdən bu mənəvi dəstəyi, mərdyanə münasibəti görmək istənilən halda təqdir olunası məqamdır...

Bu, bir daha təsdiqləyir ki, belə münasibətin yaranmasında onların burada düşdüyü mühitin təsiri, haqlı mövqeyiizlə bağlı təbliğatın rolu az olmayıb. 

 


Etiketlər:  Vəfa borcunu yerinə yetirən legionerlər Şəhidlər ölməz vətən bölünməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ