Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunan klubu ''Qəbələ''nin futbolçusu ilə maraqlanır

Yunan klubu ''Qəbələ''nin futbolçusu ilə maraqlanır

Tarix: 18 Iyul 2020 11:36

Yunanıstanın "Apollon Smirnis" klubu "Qəbələ"nin futbolçusu Klesio Bauku heyətinə cəlb etmək istəyir. 

"Sportime" nəşri xəbər verir ki, əsas liqaya vəsiqə qazanan Afina təmsilçisinin rəhbərliyi 26 yaşlı yarımmüdafiəçinin ölkəyə uyğunlaşmaqda problem yaşamayacağını hesab edir.

Buna səbəb mozambikli oyunçunun 2016 - 2018-ci illərdə "Panetolikos"da çıxış etməsidir.

Qeyd edək ki, Klesio Bauk 2019-cu ilin yayında "Qəbələ"yə keçib. Onun klubla müqavilə başa çatıb. Yarımmüdafiəçi ilə "Zirə" klubu da yaxından maraqlanır.

 


Etiketlər:  Yunan klubu Qəbələnin futbolçusu ilə maraqlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ