Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 14:40
“Monako” rəhbərliyi baş məşqçi Robert Morenonu istefaya göndərib.
Qol.az-ın xəbərinə görə, bu haqda “L’Equipe” məlumat yayıb.
Knyazlıq təmsilçisi Liqa 1-i 40 xalla 9-cu yerdə başa vurub. Amma koronavirus pandemiyası səbəbindən yarış 28-ci turdan dayandırılıb və PSJ çempion elan edilib.
Moreno 2019-cu ilin dekabrında klubla 2,5 illik müqavilə imzalamışdı.
Bildirilir ki, “Monako” bir neçə futbolçusu ilə də yollar ayırmaq, bununla da maliyyə yükünü azaltmaq istəyir.