Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 18:39
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu şənbə günü azərbaycanlı həmkarı Zakir Həsənovla telefon danışığı aparıb.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu gün səhər, Bakının təşəbbüsü ilə Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub. Söhbət zamanı iki ölkənin hərbi idarələrinin münasibətləri və əməkdaşlığı ilə bağlı müxtəlif məsələlər müzakirə edilib.
Zakir Həsənovla telefon danışığı zamanı Sergey Şoyqu Rusiya qoşunlarının döyüş hazırlığının qəfil yoxlanılması barədə məlumat verib.
"Rusiya Müdafiə naziri bu təlimin əvvəlcədən planlaşdırılmış tədbir olduğunu və Azərbaycan-Ermənistan sərhədindəki mövcud vəziyyətlə heç bir əlaqəsinin olmadığını vurğulayıb", - mənbə bildirib.