Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2020 09:27
Avropa Komissiyası “Apple”, “Google”, “Amazon” və bir sıra başqa şirkətlərin səs assistentləri və “Əşyalar interneti” bazarında rəqabəti pozduğunu yoxlamaq üçün onlar barəsində antiinhisar araşdırmasına başlayıb. Bu haqda Avropa Komissiyasının rəqabət məsələləri üzrə rəhbərinin müavini Marqret Vestaqer deyib.
Vestaqer bildirib ki, öz bazar mövqeyindən sui-istifadə edən böyük şirkətlər rəqabət mühitini tez bir zamanda inhisarçılığa çevirə bilərlər.
“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən yazır ki, "səs köməkçiləri və "ağıllı" qurğular bizim seçimlərimiz haqqında bir çox məlumatlar toplaya bilərlər. Və böyük şirkətlərin bu məlumatlardan sui-istifadə etməsi riski mövcuddur" – Vestaqer deyib.
Elan edilmiş araşdırma hələ ki erkən mərhələdədir. Avropa Komissiyası məlumat toplamaq üçün yüzlərlə "ağıllı" ev, daşının qurğular istehsalçısına və səs köməkçiləri istehsalçılarına sorğu göndərib.
Emil Hüseynov