Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya ilə bağlı Türkiyədə qalan 15 min Azərbaycan vətəndaşına yardım edildi

Pandemiya ilə bağlı Türkiyədə qalan 15 min Azərbaycan vətəndaşına yardım edildi

Tarix: 20 Iyul 2020 11:52

Bakı. Samir Əli - Trend:

Azərbaycanın Türkiyədəki səfirliyi pandemiya ilə əlaqədar Türkiyə ərazisində qalan Azərbaycan vətəndaşlarına yardım edilməsi barədə məlumat yayıb.

Səfirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, məlum olduğu kimi, dünyada, o cümlədən Türkiyə Respublikasında geniş yayılmış yeni növ koronavirus pandemiyası (COVID-19) ilə bağlı bu ölkədə həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması şəraitində iki ölkə arasında səfərlər bərpa edilənədək, ölkə rəhbərliyinin tapşırığına əsasən, Türkiyəyə müvəqqəti gəlmiş və Vətənə dönə bilməyən, bəzi məişət və inzibati zəminli problemlərlə üzləşən Azərbaycan Respublikasının vətəndaşlarına, o cümlədən şəxsi vəsaitləri hesabına Türkiyədə təhsil alan və maddi imkanları məhdud olan tələbələrimizə dəstək göstərilməsi məqsədi ilə cari ilin 1 aprel-20 iyul tarixlərində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə yardım kampaniyası həyata keçirilib.

Qeyd olunan kateqoriyalara aid 15 mindən artıq vətəndaşımıza müraciətlərin sayı və ehtiyaclara uyğun olaraq Miqros mağazalar şəbəkəsi vasitəsilə təqribən 21 min ədəd ərzaq paketi təmənnasız olaraq təqdim edilmişdir. Həmçinin, yuxarıda qeyd edilən kateqoriyalara aid vətəndaşlarımıza 3 mindən artıq mənzildə müvəqqəti yaşayış hüququ verilib.

Hazırda Azərbaycanla Türkiyə arasında hava nəqliyyatı xüsusi uçuşlarla bərpa olunub.


Etiketlər:  Pandemiya ilə bağlı Türkiyədə qalan Azərbaycan vətəndaşına yardım edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ