Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2020 13:56
Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində daha 217 nəfərin koronavirusdan (COVID19) ölməsi öz təsdiqini tapıb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 14 405 nəfərə çatıb.
Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində daha 2 414 nəfər koronavirusa yoluxub. Bununla da bu virusa yoluxanların sayı 276 202 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 583 nəfərin vəziyyəti ağırdır.
Nazirlik rəsmisi deyib ki, indiyədək İranda 240 087 nəfər koronavirusdan sağalıb.
Sadat Lari Şərqi Azərbaycan, İlam, Buşehr, Rəzəvi Xorasanı, Xuzistan, Zəncan, Gülüstan, Mazandaran, Kirman və Fars vilayətlərinin qırmızı zonalar olduğunu deyib.
İranda koronavirusun diaqnozu ilə əlaqədar 2,17 milyondan çox test həyata keçirilib.