Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2020 14:54
Almaniya Bundesliqasında təyinat alan Dəniz Aytəkin 2019-2020 mövsümünün ən yaxşı hakimi seçilib.
Qol.az "Kicker"ə istinadən xəbər verir ki, 41 yaşlı referi futbolçular arasında keçirilən "İlin hakimi" sorğusunda 43,3 səs toplayaraq 1-ci olub. O, 2-ci yeri tutan Manuel Qröfü 13 səs fərqi ilə qabaqlayıb.
Qeyd edək ki, türk əsilli FİFA kateqoriyalı referi ötən mövsüm də "İlin hakimi" seçilmişdi.