Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın daha iki potensial rəqibi bilindi

''Qarabağ''ın daha iki potensial rəqibi bilindi

Tarix: 20 Iyul 2020 15:40

Ardıcıl 7-ci dəfə ölkəmizi  Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın daha iki potensial rəqibi müəyyənləşib.

Qol.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsində  Linfild” (Şimali İrlandiya) və “Tre Fiori” (San-Marino) ilə də qarşılaşması mümkündür. İlkin mərhələdə iştirak edəcək bu komandalar qalib olsalar, 1-ci təsnifat mərhələsində “Qarabağ”a rəqib ola bilərlər. Bununla da "Qarabağ"ın 14 potensial rəqibi məlum olub.

Aktivində 21 min xalı olan Qurban Qurbanovun komandası səpələnmişlər səbətində olacaq ki, bu da nisbətən zəif rəqiblərin düşəcəyi deməkdir.

1-ci təsnifat mərhələsinin səpələnmişlər səbətində  “Qarabağ”la yanaşı, “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), Legiya (Polşa), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferentsvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Bratislava, Slovakiya), “Suduva” (Litva), “Omonia” (Kipr), “Sarayevo” (Bosniya və Herseqovina) və Rumıniya çempionu olacaq.

Səpələnməmişlər səbətində isə "Qarabağ"ın potensial rəqibləri - “Fola” (Lüksemburq), “Yurqorden” (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Tallin, Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Reykyavik” (İslandiya), “Tirana” (Albaniya), “KuPS” (Finlandiya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta).

Qeyd edək ki, Çempionlar Liqasının I seçmə mərhələsinin püşkü avqustun 9-da atılacaq.

 


Etiketlər:  Qarabağın daha potensial rəqibi bilindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ