Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 06:04
Bakı. Trend:
ABŞ Konqresinin Senatı Ağ Evin İnzibati-Büdcə İdarəsinin direktoru vəzifəsinə Rassel Voutun namizədliyini təsdiq edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, R.Voutun namizədliyi partiya xətti üzrə təsdiqlənib: 51 respublikaçı onun namizədliyini dəstəkləyib, 45 demokrat isə qarşı çıxıb.
Bildirilir ki, R.Vout bir ildən artıq Ağ Evin İnzibati-Büdcə İdarəsinin direktorunun vəzifələrini icra edib.
Qeyd edək ki, Ağ Evin İnzibati-Büdcə İdarəsi Konqresə təqdim edilməsi üçün illik federal büdcənin hazırlanması ilə məşğul olur və sənədin qəbul edilməsindən sonra onun icrasına nəzarət edir.