Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 21:20
Rusiya Elmlər Akademiyası (REA) Sibir Bölməsinin Novosibirsk Molekulyar və Hüceyrə Biologiyası İnstitutunun İmmunogenetika laboratoriyasının əməkdaşları ilk dəfə koronavirusu neytrallaşdıran anticisimlər əldə ediblər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə REA Sibir Bölməsinin yeni növ koronavirus infeksiyası ilə mübarizə üzrə İşçi qrupunun məsul katibi Olqa Doroxova məlumat verib.
"COVID-19-a qarşı anticisimlərin alınması üçün xəstəliyi keçirmiş donorlardan qan nümunələri götürülüb və tək B-limfositlərin çeşidləməsi üzrə unikal texnologiya istifadə edilib. Alınmış anticisimlər virusun və ACE2 hüceyrə reseptorunun qarşılıqlı təsirini bloklamaq və virusun hüceyrəyə nüfuz etməsinin qarşısını almaq imkanına malikdir", - deyə, O.Doroxova bildirib.
Gələcək tədqiqat istiqamətləri COVID-19-un spesifik terapiyası və profilaktikası vasitələrinin yaradılmasını nəzərdə tutur.