Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tahir Mirkişili: Dövlət büdcəsini gəlirləri 15.5 faiz artıb

Tahir Mirkişili: Dövlət büdcəsini gəlirləri 15.5 faiz artıb

Tarix: 21 Iyul 2020 21:40

2020-ci ilin 6 ayının sosial-iqtisadi göstəriciləri artıq məlumdur və açıqlanan statistik rəqəmlər üzərindən müəyyən təhlillərin aparılması zəruridir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. O qeyd edib ki, böhranlar dövründə vacib olan kəmiyyət deyil, keyfiyyət dəyişiklikləridir: "Böhran zamanı iqtisadi rəqəmlərin azalması heç kəsdə təəccüb doğurmur və hətta gözləniləndir. Statistik rəqəmlərə görə bu ilin 6 ayının nəticələrinə əsasən, ölkədə ÜDM 2.7%, qeyri-neft ÜDM-i 2.5%, əsas kapitala yönəlmiş vəsait 2.7%, yük daşımalar 14.1%, sərnişindaşıma 28.7%, əhalinin banklardakı əmanəti 11.2%, xarici ticarət dövriyyəsi 30% azalıb.

Lakin kənd təsərrüfatı istehsalı 2.2%, qeyri-neft sənayesi 11.2%, informasiya və rabitə xidmtələri 4.4%, dövlət büdcəsini gəlirləri 15.5%, əhalinin nominal gəlirlər 0.6%, kredit qoyuluşları 11.9% artıb.

Bunlar kəmiyyət göstəriciləridir. İndi isə keyfiyyət göstəricilərinə fikir verək. Ümumi iqtisadi azalma fonunda əsas istehsal sahələrində artımın davam etməsi müsbət haldır. Belə ki, qeyri-neft sənayesi və kənd təssərrüfatında artım dinamıkasının saxlanması istehsal, məşğulluq və iqtisadi təhlükəsizlik baxımından mühüm göstəricidir. Eyni zamanda, kənd təsərrüfatında məhsuldarlığın artması, yeni metodların özünü müsbət tərəfdən göstərməsi mühüm keyfiyyət göstəricisidir".

Millət vəkili bildirib ki, digər mühüm bir keyfiyyət göstərici şəffaflaşma prossesinin getməsidir: "Elektron qaimə ilə aparılan dövriyyənin artımı iqtisadiyyatda şəffaflaşmanın əsas göstəricilərindən biridir. Belə ki, son 5 ayda elektron qaimə ilə rəsmiləşən dövriyyənin həcminin 6.8% artması bu sahədə mühüm göstəricidir. Nəzərə alsaq ki, bu artım qeyri-neft ÜDM-nin 2.5% azalması fonunda baş verib, onda prosesin dinamikliyi daha aydın görünür. Pərakəndə ticarət dövriyyəsinin 1.7% azalmasına baxmayaraq, rəsmiləşən dövriyyənin 15.3% artması iqtisadaiyyatın ağarması yönümündə əsas keyfiyyət göstəcilərindən biri hesab edilməlidir.

1 iyun tarixinə özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığı ötən ilin 1 iyun tarixi ilə müqayisədə 39,2% artması bankdan keçən dövriyyələrin artımının ağarmasını təsdiq edən digər mühüm bir keyfiyyət göstəricisidir.

Əməkhaqqı fondunun 25% artması insanların sosial həyat şəraitinin yaxşılaşması baxımından əsas keyfiyyət göstəricilərindən biridir.

Biznes kreditlərinin 1,8 faiz, ipoteka kreditləri 3,2 faiz artması iqtisadi aktivliyin dəstəklənməsi baxımından mühüm gəstəricidir. Kreditlərin 60%-dən çox hissəsinin biznes kreditlərinə yönəlməsi gələcək iqtisadi artımı təmin edəcək mühüm amillərdən biridir".

Komitə sədri qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız əməliyyatların 37 faiz, elektron ticarətin 53 faiz, internet bankçılığın isə 84 faiz artması ödəmə texnologiyalarının geniş tətbiqinin mühüm keyfiyyət göstəricisidir: "Beləliklə, keyfiyyət göstəricilərinin iqtisadiyyatın əsas hərəkətverici sahələrdə müşahidə olunması onu deməyə əsas verir ki, ümumi azalmalar fonunda sağlam keyfiyyət dəyişikləri iqtisadiyyatın azalmalarını kompensasiya edərək, gələcəkdə daha güclü artımın əsas dayaqları ola biləcəkdir".


Etiketlər:  Tahir Mirkişili Dövlət büdcəsini gəlirləri faiz artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ