Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 22:48
TikTok-un bir sıra ölkələrdə qadağan edildiyi vaxtda İnstaqram bu tətbiqin bəzi elementləri vasitəsilə auditoriyasını genişləndirmək qərarına gəlib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, sosial şəbəkə Instagram Reels adlı xüsusiyyəti istifadəyə verəcək. Bu yenilik eynilə TikTok-dakı kimi musiqili və qısa videolar çəkməyə şərait yaradacaq. Videolar maksimum 15 saniyədən ibarət olacaq. Onları şəxsi qovluqda saxlamaq və ya hekayə bölümündə paylaşmaq mümkün olacaq.
Xatırladaq ki, İnstaqram bu xüsusiyyəti daha öncə Fransa, Almaniya, hətta ABŞ-da bir qrup istifadəçinin ixtiyarına vermiş, nəticələri təhlil edərək planlama aparmışdı.