Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kubokun finalı təxirə salındı - Partlayıcıya görə

Kubokun finalı təxirə salındı -  Partlayıcıya görə

Tarix: 22 Iyul 2020 10:30

Yunanıstan kubokunda "Olimpiakos" və AEK arasında iyulun 26-da  keçirilməli olan final oyunu təxirə salınıb.

Qol.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, oyunun təşkil ediləcəyi Afinadakı "Georgios Kamaras" stadionu yaxınlığında partlayıcı qurğunun tapılması buna səbəb olub.

Final matçının yeni tarixinin yaxın vaxtlarda açıqlanacağı bildirilib. 

Qeyd edək ki, "Olimpiakos" bu mövsüm Yunanıstan çempionu olub. AEK isə Superliqanı 3-cü pillədə başa vurub.

 


Etiketlər:  Kubokun finalı təxirə salındı Partlayıcıya görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ